Gündəm
13:42, 07 noyabr 2020
73
0

“Şuşa və Xankəndidəki Ermənistan hərbçiləri mühasirəyə alınıb” - Geriyə yol yoxdur

“Şuşa və Xankəndidəki Ermənistan hərbçiləri mühasirəyə alınıb” - Geriyə yol yoxdur
Qondarma Donbas Respublikasının keçmiş “müdafiə naziri” İqor Strelkov artıq Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusu tərəfindən mühasirəyə alındığını bildirib.

Strelkov Ermənistan silahlı qüvvələrinin ciddi strateji səhvlərə yol verdiyini deyib. “Azərbaycan Ordusu Şuşa və Stepanakertdə yerləşən Ermənistan hərbçilərini mühasirəyə alıb. Artıq onların geri çəkilməyə yolu bağlanıb”, - deyə Strelkov vurğulayıb.

Onun sözlərinə görə, Şuşanın tutulması ciddi strateji nailiyyətdir. “Şuşa tutalacağı təqdirdə ondan sonra Dağlıq Qarabağ da əldən gedəcək. Bu bir neçə həftənin işidir. Hətta ermənilər şəhəri əllərində saxlasalar belə, o zaman yeni ildə erməni ordusunun darmadağın olmasına görə müharibə bitəcək”, - deyə keçmiş “müdafiə naziri” bildirib.
Digər xəbərlər: