Sosial
Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA
"Ümumi olaraq koronavirusla bağlı paytaxt ərazisində keçirilən reydlər zamanı aşkarlanan nöqsanlar nisbətən azalsa da, hələ də qaydalara əməl etməyən şəxslər var".
Regiitv.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev məlumat verib.
E.Hacıyev ictimai yerlərdə qoruyucu maskalardan təyinatı üzrə istifadə etməyərək, həm özünün, həm də ətrafdakı insanların sağlamlığına etinasız yanaşan şəxslərə müraciət edib:
"Sanitar-epidemioloji qaydalara cərimələrdən qorunmaq üçün yox, sağlamlığımız üçün əməl etməliyik. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun şəkildə, İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə tədbir görülür.
Vətəndaşlara tibbi maskalardan cərimədən yayınmaq üçün deyil, sağlamlıqlarını qorumaq məqsədilə istifadə etmələrini tövsiyə edirik". /Oxu.az
Daha çox xəbər:
Bakı Polisindən sərnişinlərə XƏBƏRDARLIQ - VİDEO
Bakı küçələrində şəxsi avtomobillərindən səbəbsiz istifadə edənlər cərimələnəcəklər
BŞBPİ fəaliyyətinə icazə verilən sahələrin sahibkarlarına xəbərdarlıq edib
Bakıda birgə reydlər keçirilir
BŞİH: Sanitar qaydaları pozan ət kəsimi obyektlərinin fəaliyyəti dayandırılıb