Cəmiyyət
Düşmən itkilər verərək geri çəkilməyə məcbur edilib
Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Daha çox xəbər:
Düşmən Qubadlı istiqamətində vacib yüksəkliklərdən geri çəkilməyə məcbur edildi - RƏSMİ
SON DƏQİQƏ: Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı MƏLUMAT YAYDI
Cəbhədə düşmənin verdiyi itkilər- SİYAHI
Düşmən gecə basqın etdi, itki verərək, geri oturduldu - RƏSMİ
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı