Cəmiyyət
Makedoniyanın Beynəlxalq Vizyon Universitetindən Azərbaycana dəstək (FOTO)
Bakı. Trend:
Ölkəmizə qarşı Ermənistanın apardığı hərbi münaqişə ilə bağlı UNEC-in rektoru, professor Ədalət Muradova tərəfdaş xarici universitetlər, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən Azərbaycana dəstək məktubları ünvanlanır.
Trend-in məlumatına görə, Makedoniyanın Beynəlxalq Vizyon Universitetinin rektoru, Prof.Dr. Fadıl Hocanın ünvanladığı məktubda Azərbaycan torpaqlarını 30 ildir ki, işğal altında tutan Ermənistanın ölkəmizdə mülki yaşayış yerlərində müdafiəsiz və məsum insanlara qarşı törətdiyi silahlı hücumu qətiyyətlə pislənərək, qınanılır. İşğalçı Ermənistana qarşı beynəlxalq və özünümüdafiə hüququ çərçivəsində Azərbaycan dövlətinin öz ərazi bütövlüyü uğrunda apardığı müdafiə əməliyyatının tam dəstəkləndiyi bildirilir.
Prof.Dr Fadil Hoca Vizyon Universiteti adından şəhidlərimizə Allaha rəhmət, yaralı qardaşlarımıza şəfalar diləyib. Haqq-ədalətin bərpa olunaraq, Dağlıq Qarabağın işğaldan azad ediləcəyindən və gerçək sahiblərinin tezliklə öz torpaqlarına qayıdacağından əminliyini ifadə edib.
Daha çox xəbər:
ABŞ-ın Minnesota ştatında Azərbaycana dəstək aksiyası keçirilib
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bərdəyə raket hücumu ilə bağlı bəyanat yayıb
Azərbaycan Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət etdi
İlham Əliyevdən Ermənistana öldürücü zərbə - 3 cəbhədə...
Türkiyənin Xarici İşlər Nazirliyi: “Azərbaycanın yanındayıq”