Siyasət
Azərbaycan Ordusu xəbərdarlıq etdi - BU HƏDƏFLƏR VURULA BİLƏR
Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq, yalnız adekvat tədbirlər görür.
Redaktor.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında qeyd edilib:
"Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməklə növbəti təxribatlarına zəmin yaradır.
Ermənistan rəhbərliyi artıq dərk etməli və hesablaşmalıdır ki, bərpa edilmiş dövlət sərhədləri münaqişə zonası deyil və Azərbaycanın tam hüquqlu suveren ərazilərini müəyyən edən beynəlxalq birlik tərəfindən tanınan dövlət sərhədidir. Dövlət sərhədinin toxunulmazlığı təmin edilməlidir. Bu istiqamətdə baş verən istənilən təxribat ərazi bütövlüyümüzə təcavüz kimi dəyərləndirilir.
Bu baxımdan Azərbaycan öz ərazilərinə təhdid təşkil edən istənilən legitim hərbi hədəfləri yerləşdiyi ərazidən asılı olmayaraq məhv etmə hüququna malikdir".
Daha çox xəbər:
MN: “Könüllü təslim olmaq istəyən düşmən hərbi qulluqçularına və erməni əhaliyə müraciət edilib”
Nizami Səfərov: “Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı növbəti dəfə təsdiq olundu”
Azərbaycan Ermənistanın sərhəddə törətdiyi təxribatla bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Azərbaycanın səkkiz rayonu Ermənistan tərəfindən atəşə tutulur - RƏSMİ
Hikmət Hacıyevdən ermənilərin yayıb sildiyi foto ilə bağlı AÇIQLAMA - FOTO