Gündəm
Düşmən Horadiz şəhərinə ciddi ziyan vurub
Sentyabrın 27-də - cəbhədə döyüşlərin başladığı gündən bəri düşmənin qərəzli şəkildə Azərbaycanın mülki obyektlərinə və dinc sakinlərinə qarşı təxribatı davam edir. Bu müddət ərzində Ermənistan silahlı qüvvələri tərəfindən atılan mərmilər Horadiz şəhərinə də ciddi ziyan vurub.
"Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, düşmənin ağır artilleriyadan istifadə edərək mülki obyektləri atəşə tutması nəticəsində Horadiz şəhərində xeyli sayda ev dağılıb.
Humanitar atəşkəs rejimi elan olunsa da, düşmən tərəfi daim atəşkəsi pozur, şəhər və kəndlərimizə mərmi yağdırır. Lakin buna baxmayaraq sakinlər şanlı Azərbaycan Ordusuna güvəndiklərini söyləyirlər. Onlar yaşadıqları evləri tərk etməyəcəklərini bildirirlər. Şəxsi təsərrüfatları ilə məşğul olan sakinlər qələbənin yaxında olduğuna ümidlidirlər.
Daha çox xəbər:
Erməni təxribatı nəticəsində 14 mülki şəxs öldü - 46 nəfər xəsarət aldı
Düşmənin top atəşi nəticəsində Beyləqanda 2 mülki şəxs həlak olub, yaralananlar var
Tovuzun kəndlərinə və dinc əhaliyə dəymiş ziyan qiymətləndirilir - FOTO
Əliyevdən Makrona: Ordumuz cavab olaraq...
Düşmən Tərtəri atəşə tutmağa başladı, yaralılar var