Video
14:19, 09 oktyabr 2020
243
0

Azərbaycandan gedən ermənilərə Ermənistanda aşağılayıcı münasibət - VİDEO

Azərbaycandan gedən ermənilərə Ermənistanda aşağılayıcı münasibət - VİDEO
Azərbaycandan gedən ermənilər Ermənistanda yad kimi qəbul olunurlar.

Bu, sosial şəbəkələrdə yayılan videodan aydın olur.

Çıxış edən ermənilər qeyd edir ki, 30 ildir Ermənistan cəmiyyəti onları qəbul etmir və dövlət elə şərait yaradır ki, Azərbaycandan gələn ermənilər ya ölkəni tərk etsin, ya da məhv olsunlar.

“Dövlət bizimlə maraqlanmır. Biz hər il prezidentdən başlayaraq ictimai və dövlət strukturlarına vəziyyətimizlə bağlı məktublar ünvanlayırıq. Ancaq bir cavab alırıq: “Pul yoxdur”.

30 ildir bizə heç bir vəsait ayrılmır. Halbuki Ermənistan beynəlxalq təşkilatlardan qaçqınların vəziyyətinin yaxşılaşdırılması üçün kömək alır”, - bunu Azərbaycandan gedən erməni Rima Abramyan bildirib.

Digər xəbərlər: