Dünya
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Məlumatlı mənbələrdən verilən xəbərlərə əsasən, Livanın paytaxtı Beyrutdan qalxan təyyarə muzdlu döyüşçüləri Dağlıq Qarabağdakı münaqişə zonasına cəlb etmək məqsədi ilə Ermənistanın paytaxtı İrəvana daşıyıb.
“Airbus A320-232” təyyarəsinin Livandan Ermənistana uçuşu barədə məlumatlar dünyadakı təyyarələrin hərəkətini real vaxtda əks etdirən “Flightradar24” portalının məlumatları əsasənda da təsdiqlənir.
Mənbə yazır ki, bu fakt sübut edir ki, Ermənistan Yaxın Şərq bölgəsindəki “qaynar nöqtələr” dən olan terrorçu silahlılardan və muzdlulardan Azərbaycana qarşı istifadə edir və öz real itkilərini gizlətməyə çalışır.
Eyni zamanda, Ermənistan hakimiyyəti qeyd olunan faktı özündən uzaqlaşdırmaq üçün Azərbaycanı muzdlulardan istifadə etməkdə ittiham edir.
Daha çox xəbər:
Rusiya Ermənistana etiraz notası göndərəcək
Yanvarın 31-i səhər saat 7:11-dən 7:30-dək Azərbaycandan Ermənistana kimlər zəng edib? – TƏFƏRRÜAT
Ruhanidən Ermənistana – XƏBƏRDARLIQ
ABŞ “Müsəlman qardaşlığı”nı terrorçu qruplaşma elan edəcək
İrəvanın muzdluları Qarabağa daşımasının sirri açıldı - İLGİNC