Hadisə
22:44, 07 sentyabr 2020
52
0

Özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır - AÇIQLAMA

Özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır - AÇIQLAMA
Özünü 313 nömrəli məktəbin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edən 9-cu sinif şagirdinin vəziyyəti hazırda ağır-stabil qiymətləndirilir.

Bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, məktəbli qapalı kəllə-beyin travması, 12-ci döş fəqərəsinin sınığı və sol baldır sümüyünün açıq sınığı diaqnozu ilə xəstəxanaya çatdırılıb: “Hazırda onun müalicəsi Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir”.

Xatırladaq ki, məktəb açıqlama yayaraq şagirdin özünü atmadığını, yıxıldığını bəyan etmişdi.
Digər xəbərlər: