Sosial
Sürücülərə XƏBƏRDARLIQ: Bunu etməsəniz, cərimə olunacaqsınız
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir.
KONKRET.az-ın xəbərinə görə, bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutularının olması vacib şərtdir:
“Bu, “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmaması inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat məbləğində cərimə edilir. Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır”.
Daha çox xəbər:
Bu "plonka"ların 150 manat cəriməsi var - DYP-dən sürücülərə xəbərdarlıq
Yol polisindən sərt karantin dövründə sürücülərə XƏBƏRDARLIQ
Bu qaydaları pozmaq olmaz – DYP-dən SƏRT XƏBƏRDARLIQ
Bakı küçələrində şəxsi avtomobillərindən səbəbsiz istifadə edənlər cərimələnəcəklər
Yol Polisindən sürücülərə tövsiyə - FOTO