Hadisə
Suraxanıda köşk yandı

Bakıda yanğın hadisəsi baş verib.
Anews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 50 kvadrat metr olan köşkün yanar konstruksiyaları külə dönüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
