İqtisadiyyat
11:17, 28 avqust 2020
75
0

Azərbaycan bu ölkə ilə 16 milyon manatlıq müqavilə imzaladı

Azərbaycan bu ölkə ilə 16 milyon manatlıq müqavilə imzaladı
"Lifttəmir” İstehsalat Birilyi Bakı şəhərində dövlət mənzil fonduna aid olan binalarda istismar müddəti başa çatmış liftlərin yenisi ilə əvəz edilməsi üçün lift avadanlıqları dəsti satın alır.

Anews.az xəbər verir ki, 27 Avqust 2020-ci il tarixində elektron satınalma portalında dərc edilmiş məlumata görə, Birliyin bu məqsədlə elan etdiyi tenderin qalibi Almaniyanın "Wittur Holding GmbH” şirkətidir.

"Lifttəmir” Almaniya şirkəti ilə məbləği 16 milyon 331 min 864 manatlıq müqavilə bağlayıb.

Xatırladılıb ki, 2019-cu ilin Noyabr ayında Bakı Şəhər "Lifttəmir” İstehsalat Birliyi Almaniyanın "Wittur Holding GMBH" şirkəti ilə müqavilə imzalanıb.

İmzalanmıış müqavilə əsasında 542 liftin Bakıya gətirilməsi nəzərdə tutulur. Müqavilədə nəzərdə tutulan 542 ədəd liftin 458-i artıq Bakıya gətitirilmişdi.
Digər xəbərlər: