Dünya
11:40, 25 avqust 2020
100
0

Gürcüstanda azərbaycanlılar və ermənilər arasında kütləvi dava

Gürcüstanda azərbaycanlılar və ermənilər arasında kütləvi dava
Gürcüstanda azərbaycanlılar və ermənilər arasında kütləvi dava olub.

Bildirilir ki, hadisə Ninotsminda bələdiyyəsinin Toriya kəndində baş verib.

Davanın milli deyil, məişət zəminində baş verdiyi vurğulanıb. Belə ki, mal-qaranın qonşu örüş sahəsinə girməsi ilə iki tərəf arasında münaqişə başlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyində Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsinin "b" və "d" yarımbəndləri və 225-ci maddəsinin ikinci hissəsi (qrup zorakılığının təşkili, idarə olunması və iştirakı) ilə cinayət işi açılıb.

Hadisə ilə əlaqədar bir neçə nəfər saxlanılsa da, artıq onların hamısı sərbəst buraxılıb.//virtualaz.org
Digər xəbərlər: