Cəmiyyət
Şamaxının başıbəlalı yolları: “Taksi həmin yola girmək üçün 10 manat pul istəyir” - VİDEO
Şamaxıda mərkəzi küçələr bərbad vəziyyətdədir.
Bu barədə sakinlər tərəfindən Oxu.Az-ın redaksiyasına göndərilən məlumatda qeyd olunub.
Bildirilib ki, söhbət Şamaxı rayonunun mərkəzi küçələrindən biri olan Sarıtorpaq ərazisindən gedir.
Sakinlər deyir ki, məsələ ilə bağlı dəfələrlə icra hakimiyyətinə, aidiyyəti qurumlara müraciət etsək də, maraqlanan olmayıb:
“İcra başçısı əraziyə gəlib, vəziyyətlə tanış olub. Amma heç bir tədbir görülməyib. Hər dəfə yağış yağanda yollar daha da pis vəziyyətə düşür. Zülm çəkirik. Heç taksi belə bu yollara gəlmək istəmir. Gələndə də ən azı 10 manat pul tələb edir. Yolda piyada gəzməkdə belə çətinlik çəkirik. Küçəyə baxan yoxdur. Aidiyyəti qurumlar gəlib baxır, yaxın zamanda düzələcək deyirlər, ancaq heç bir nəticə yoxdur. Başqa küçələrdə asfalt örtüyü var. Amma bura, mərkəzi küçələrdən biri olmasına baxmayaraq, nədənsə laqeyd yanaşılır. Xahiş edirik məsələyə aidiyyəti üzrə baxılmasına köməklik göstərəsiniz”.
Daha çox xəbər:
Bu qəsəbədə kanalizasiya sistemi və marşrut xətti yoxdur - VİDEO
İcra Hakimiyyəti binalarının qarşısındakı yollar niyə bağlıdır? – “Rayon əhalisinə acıq verirlər”
Binədə dəhşət: sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər
Həbs edilən icra başçısı rayonu belə talayıb – Faktlar və Fotolar
Yardımlıdakı yardım qovğası böyüdü - TƏFƏRRÜAT