İqtisadiyyat
İnnovasiya və Sosial İnkişaf İctimai Birliyi Regionlarda fermerlərin yeni subsidiya qaydaları barəsində öyrənməsi və maarifləndirilməsinə dəstək olacaq
İnnovasiya və Sosial İnkişaf İctimai Birliyi tərəfindən “Regionlarda 2020-ci ildən etibarən tətbiq ediləcək yeni subsidiya qaydalarının öyrənilməsinə və yeni İKT bacarıqlarının inkişafında fermerlərin maarifləndirilməsinə dəstək” adlı layihəsinə başlayıb . Layihə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.
Təşkilatın rəhbəri Azər Maxsudov bildirdi ki, Layihə çərçivəsində 2020-ci ildən etibarən tətbiq ediləcək yeni subsidiya qaydalarının izahı və onlardan istifadə mövzusunda regionlarda fermerlərə maarifləndirici broşurların hazırlanması və paylanılması nəzərdə tutulur. Layihə həmçinin fermerlərin yeni İKT bacarıqlarının inkişafına dəstək olacaqdır. İnnovativ fermer beyinlərinin formalaşması üçün təməl bilgilərin olması önəmllidir. Broşuralarda fermerlərə informasiaya komunikasiya texnologiyaları resurslarından istifadə qaydaları barəsində və ASAN Loginlə qeydiyyat üsulları, subsidiyalar Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) altsistemi olan Subsidiya İnformasiya Sistemi barəsində məlumat veriləcəkdir. Layihənin məqsədi: fermerlərin yeni İKT bacarıqlarını inkişaf etdirərək 2020-ci ildən etibarən tətbiq ediləcək yeni subsidiya qaydaları və onlardan istifadə haqqında maarifləndirilməsinə dəstək olmaqdır./heqiqet.az/
Daha çox xəbər:
QHT Şurası və Real TV birgə kampaniyaya başlayır
“İnnovasiya həftəsi”ndə robot şouları nümayiş etdiriləcək
“Buta Trading” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürdü
Azərbaycanda bu gündən karantin qaydalarının daha bir qismi yumşaldılır
Biznesə və vətəndaşlara növbəti yardımlar ediləcəkmi - deputatdan açıqlama