Cəmiyyət
"Lotu Quli"ni öldürməsi üçün bu şəxsə 4 milyon dollar ödənilib - İDDİA
20 avqust saat 02 radələrində qanuni oğru "Lotu Quli" Türkiyənin Antalya şəhərinin Serik bölgəsində yerləşən otellərin birində qətlə yetirilib.
Regiitv.az "axar.az”a istinadən xəbər verir ki, qətli "Xan Bakinski” ləqəbli Xaqan Dəyanət oğlu Zeynalov həyata keçirib.
Məlumata görə, Xan Bakinskiyə sifarişi Rövşən Lənkəranskinin qohumu Zaur Əliağa oğlu Əhmədov verib. Qətlin icrası üçün Bakinskiyə 4 milyon dollar ödənilib.
İddiaya görə, qətl Rövşən Lənkəranskinin öldürüldüyü gün icra edilməli imiş. Belə ki, 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilmişdi. Onun avtomobili gülləbaran edilmişdi. Onun qətlinin sifarişçiləri sırasında Lotu Qulinin də adı çəkilirdi.
Qatil isə Qulini 18 avqustda öldürə bilməyib və sifarişi 19 avqust gecəsi yerinə yetirib.
"Lotu Quli" arxadan, boyun nahiyəsindən 4 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
16 may 1995-ci il təvəllüdlü, qubalı Xan Bakinski – Xaqan Zeynalov - kriminal aləmdə tanınmır. O, yalnız "Jora” ləqəbli Samir Fəqan oğlu İsmayılovun təqdimatı ilə Lotu Quli ilə tanış olub. Daha sonra isə Lotu Quli Xaqanı özünə mühafizəçi götürüb.
Hadisə baş verəndə Lotu Quli tanışları ilə qumar oynayırmış. Qumar masası arxasında "Odessa Nazir” kimi tanınan Nazir Bayram oğlu Əliyev olub. Həmçinin Qulinin yaxınları Samir İsmayılov, Polad Omarov, Tarzan Nazarov, Maqamed Kurbanov da hadisə yerində imiş, əsas şahidlərdir.
Lotu Qulinin mühafizəçisi olan Xaqan Zeynalov "şefini” güllələyəndən sonra qaçarkən onun arxasınca Tarzan Nazarov düşüb və dərhal atəş açaraq, Xaqanı yaralayıb.
Digər bir dəhşətli məqam isə odur ki, qətldən dərhal sonra Polad Omarovun mobil telefonuna naməlum nömrədən mesaj gəlib. Mesajda bildirilib:
"Böyük qardaşınızın axırı budur, sizi də bu aqibət gözləyir”.