Cəmiyyət
17:32, 18 avqust 2020
44
0

Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusa yoluxub? - AÇIQLAMA

Azərbaycanda yüksək vəzifəli şəxs koronavirusa yoluxub? - AÇIQLAMA
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) qurumun İdarə Heyətinin sədri Saleh Məmmədovun koronavirusa yoluxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Report-a açıqlamasında deyib ki, S.Məmmədov bir ay bundan öncəki müddətdə bir çox açılış mərasimlərində iştirak edib.

“Həmin açılış mərasimləri zamanı Saleh Məmmədov təqdimatlar edib və məlumatlar verib. Necə ola bilər ki, koronavirusa yoluxan bir şəxs bu cür rəsmi tədbirlərdə iştirak etsin? Saleh Məmmədovun koronavirusa yoluxması ilə bağlı xəbərlər yalandır. Burada hər hansı problemli məsələ də yoxdur. Hər bir şəxs koronavirusa yoluxa bilər”, - A.Nəcəfli bildirib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bir ay öncə koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılıb.
Digər xəbərlər: