Cəmiyyət
Baş Prokurorluq Əfqan Nağıyevin azadlığa buraxılmasını təsdiqlədi
Əfqan Nağıyev ev dustaqlığına buraxılıb
Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.
APA-nın məlumatına görə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.