İqtisadiyyat
17:31, 05 avqust 2020
75
0

Nazir: "Bu ilin ilk yarısında 54,8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib"

Nazir: "Bu ilin ilk yarısında 54,8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib"
"2020-ci ilin ilk yarısında nəzarət tədbirləri nəticəsində 54,8 milyon manatlıq saxta və əsassız pensiya işləri ləğv edilib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, həmçinin fondun əməkdaşlıq etdiyi əsas bankların siyahısına da dəyişiklik edilib və onlara ödənilən vəsait 900 min manat azaldılıb: "Bu günə qədər 19 növ təminat, 30-a yaxın təqaüd elektronlaşdırılıb. Cari ildə daha 4 müavinətin elektronlaşması gözlənilir. Aparılan islahatlar əsasında ölkəmiz minimum pensiyanın məbləğinə görə MDB ölkələri sırasında birinci yerdədir”. (APA)
Digər xəbərlər: