Cəmiyyət
15:08, 01 avqust 2020
120
0

Ağdaşda qanunsuz heyvan satan və kəsən şəxs saxlanılıb

Ağdaşda qanunsuz heyvan satan və kəsən şəxs saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Qurban bayramı ilə əlaqədar olaraq, müəyyən edilmiş yerlərdən kənarda qurbanlıq heyvanların satışı və kəsiminin, eləcə də insanların sıx toplaşmasının qarşısının alınması məqsədi ilə rayon ərazisində reyd keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan REAL-a verilən məlumata görə, keçirilən reyd zamanı müəyyən edilməyən yerdə qurbanlıq diri heyvanların satışı və kəsimi ilə məşğul olan şəxs müəyyən edilib.

Polis əməkdaşları tərəfindən rayon sakini Sadiq Yusifova bir neçə dəfə xəbərdarlıq edilsə də, ancaq o, buna məhəl qoymayıb və qaydaları pozmaqda davam edib.

Polisin qanuni tələbinə məhəl qoymayan S.Yusifov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Onun barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib.
Digər xəbərlər: