Cəmiyyət
"Uninet" yenə də vətəndaşlara problem yaradır - GİLEY
Bakı sakini Gülxanım Məmmədova "Uninet" provayder şirkətinin xidmət keyfiyyətsizliyindən giley edir. DİA.AZ bildirir ki, narazı vətəndaş bu barədə gileyini sosial şəbəkədə ifadə edib. G.Məmmədovanın yazdıqlarını təqdim edirik:
"Şikayətim "Uninet" provayder şirkətindəndir, heç vaxt normal işləməməsi ayrı, son 2 gündür internet hər 1 dəqiqə intervalı ilə özünə fasilə verir və işləmir, zəng edirəm zənglərimə cavab verən yoxdur, üstəlik "you are first in line" deyir dəqiqəbaşı...
Dear Uninet, first of all we are in Azerbaijan and you should use our native language during customer’s calls, secondly if “ I am first in line, and will be answered by next available representative”, why in 12 minutes of my call NO ONE answered my call, or you have just 1 Customer Support representative and he/she talks 12 minutes! with 1 customer?"
Dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...
Daha çox xəbər: