Hadisə
22:50, 23 iyul 2020
36
0

Bakıda bir gündə üç nəfər intihar etdi: Biri keçmiş hərbi prokurorun oğludur

Bakıda bir gündə üç nəfər intihar etdi: Biri keçmiş hərbi prokurorun oğludurÖtən gün Bakıda üç intihar hadisəsi baş verib.
Regiitv.az xəbər verir ki, bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib

Nərimanov rayonu, Orucəliyev küçəsində, 22 iyul saat 18:00 radələrində 2000-ci il təvəllüdlü R.Kazımov özünü asıb. Onun keçmiş hərbi prokurorun oğlu olduğu bildirilir.

Suraxanı rayonunda 1981-ci il təvəllüdlü Bülbülə qəsəbə sakini A.Eyyubov da eyni üsulla intihar edib.

Xəzər rayonunun Qala qəsəbəsində isə 1986-cı il təvəllüdlü A.Bəylərov evinin zirzəmisində özünü asıb.

Hər üç fakt rayon prokurorluqları tərəfindən araşdırılır.
Digər xəbərlər: