Sosial
11:39, 20 iyul 2020
52
0

Gözəllik salonları və bərbərxanalar fəaliyyətə başladı

Gözəllik salonları və bərbərxanalar fəaliyyətə başladı
Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda bu gündən etibarən, masaj və hamam xidməti istisna olmaqla, bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verilir.

Bu barədə ANEWS.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.


Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.
Digər xəbərlər: