Cəmiyyət
13:18, 11 iyul 2020
53
0

“Rusiyada olmayan dərman Azərbaycanda var”

“Rusiyada olmayan dərman Azərbaycanda var”
"Sizin səhiyyə sisteminiz məndə xoş təəssüratlar oyatdı. Ən əsası isə bu sözlər sizin mütəxəssislərə aiddir. Biz bir neçə klinikada olduq. Anladığım qədəri ilə bu ayrı-ayrı klinikalar idi və deyərdim ki, ən elit və ya ən öndə gedən klinikalar deyildi. Adi sıradan xəstəxanalar idi. Bu xəstəxanaların reanimasiya şöbəsinin təchiz olunması yüksək səviyyədə və tərifəlayiq idi”, bunu rusiyalı həkim-pulmonoloq Aleksandr Averyanov AzTV-nin "Hədəf” verilişində deyib. O bildirib ki, Azərbaycan klinikaları koronavirusa qarşı mübarizədə lazımi qurğularla və dərmanlarla təchiz olunub:

"Dünənki klinikalardan birindəki təcrübəmi qeyd etmək istəyirəm. Biz dedik ki, bizim yüksək göstəricili qurğusuna ehtiyacımız var. Bu qurğu oksigeni 60 litrə qədər tənzimləyə bilir və bununla da xəstənin ciyərlərini süni ventilyasiya edilməsindən qaçırtmaq olar. Bu gün isə ağır bir xəstənin müayinəsi üçün həmin xəstəxanaya geri döndük və yüksək göstəricili oksigen qurğusu artıq var idi. Eyni cümlələri dərmanlara da aid edə bilərəm. Misal üçün, biz bilirik ki, Rusiya koronavirusa qarşı "famperaver” istehsalına başlayıb. Amma o dərman bizə hələ çatmayıb. Siz təsəvvür edin, dünən biz sizin klinikalardan birində o dərmanı gördük. "Saran” zavodunun istehsalı olan bir dərman Azərbaycanda var, amma Rusiyada yoxdur.

Ən azından bizim və nümayəndə heyətimizin digər üzvlərinin təmsil etdiyi xəstəxanalarda yoxdur.

"Rendazevir” adlı dərmana da böyük ümid və inam var. Çünki dərman 2015-ci ildə ebola virusuna qarşı istehsal olunub. İndi həmin dərman ABŞ-da qəbul olunub. Hətta Azərbaycana gətirilməsi üçün müqavilə də bağlanıb. Dərman ağır, reanimasiyada olan xəstələr üçün nəzərdə tutulub. Avropada belə bu dərman yoxdur”.

(qafqazinfo)
Digər xəbərlər: