Cəmiyyət
21:34, 08 iyul 2020
85
0

Elvin İsayevdən xəbər var

Elvin İsayevdən xəbər var
Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə Azərbaycana deportasiya olunmuş Elvin İsayevin barəsində seçilmiş həbs qıtimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Regiitv.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Elvin İsayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 1 ay müddətinə artırılıb.

Qeyd edək ki, ötən ayın əvvəlində Elvin İsayevin barəində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay artırılmışdı.

İttihama görə, Azərbaycan Respublikasının vətəndaşı İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub.

Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə barəsində Nəsimi rayon məhkəməsinin 22 avqust 2019-cu il tarixli qərarı əsasında seçilmiş həbs qətimkan tədbirinin icrası ilə əlaqədar dekabrın 14-də Penitensiar xidmətin 1 saylı istintaq təcridxanasına yerləşdirilib.

Azərbaycan Respublikası ərazisində kütləvi iğtişaşlara və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsi faktları üzrə 15 avqust 2019-cu il tarixdə Azərbaycan Respubilkasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs Elvin İsayevin müdafiə hüququ cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq qaydada tam təmin edilərək xahişi əsasında Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Gülarə İlyasovanın iştirakı ilə ona ittiham elan edilib, ittihamın mahiyyəti, təqsirləndirilən şəxs kimi hüquq və vəzifələri izah olunmaqla dindirilib.

İstintaq orqanı tərəfindən Elvin İsayevin barəsində Cinayət Məcəlləsinin 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar - eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham elan edilib. İstintaq davam edir.Demokrat.az
Digər xəbərlər: