Cəmiyyət
17:53, 06 iyul 2020
96
0

Gennadi Onişenko: “Xəstələrin 40 faizi yoluxmuş olmasından xəbərsizdir” - MÜSAHİBƏ

Gennadi Onişenko: “Xəstələrin 40 faizi yoluxmuş olmasından xəbərsizdir” - MÜSAHİBƏ
Dünyada COVID-19 pandemiyası ilə bağlı vəziyyət getdikcə daha da pisləşir.

Rusiya Federasiyası Dövlət Dumasının Təhsil və Elm Komitəsi sədrinin birinci müavini, Rusiyanın keçmiş baş sanitar həkimi Gennadi Onişenko Media.Az-a verdiyi müsahibədə bildirib ki, təqvimlə əlaqədar qış aylarının yaşandığı Cənub yarımkürəsi hazırda infeksiyanın mərkəzi hesab olunur.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19-la əlaqədar apardığı üç dərman preparatının sınaqlarını dayandırıb. Söhbət “hidroksixloroxin”, “lopinavir” və “ritonavir” adlı dərmanlardan gedir. Bir neçə ay davam edən sınaqlardan sonra ÜST mütəxəssisləri yalnız “Remdesivir” adlı dərmanın effektli olduğunu təsdiq ediblər.

Karantin rejimi zəiflədiləndən sonra onlarla ölkədə infeksiyanın artması müşahidə olunur. Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə virus sürətlə yayılır və buna görə, xəstəxanalarda xəstələri qəbul etmək üçün kifayət qədər çarpayının olmaması riski var. Lakin Azərbaycan əhalisinin çoxunu bu məqam narahat etmir. Məsələn, Nazirlər Kabineti yanında operativ qərargahın ölkənin bəzi şəhər və rayonlarında xüsusi karantin rejimi müddətini uzatmasına baxmayaraq, “Fairmont Baku” hotelinin bu qərarı qulaqardına vurması barədə artıq məlumat vermişik.

Sosial şəbəkələrdə “Fairmont Baku” hotelində istirahət edən bir qrup insanın videosu yayımlanıb. Bundan əlavə, Bakının Səbail rayonunda karantin rejiminin tələblərinə məhəl qoymayaraq, ad günü keçirən bir qrup şəxs saxlanılıb. Belə hallar çoxdur.

Bu gün Media.Az-ın koronovirusla bağlı suallarını Gennadi Onişenko cavablandırır.

- Yay mövsümü gəlib, havanın temperaturu yüksəlib, ultrabənövşəyi şüalanmanın intensivliyi güclənib. Bir çoxları pandemiyanın yayılma tempinin azalacağını gözləyirdi, amma virus yayılmaqda davam edir, infeksiyanın sürəti artır...

- İndi ən intensiv proses (virusun yayılması üzrə - red.) Cənub yarımkürəsində - Braziliyada, Peruda, Çilidə gedir. Qış fəslində infeksiyanın hava-damcı yolu yayılması sürətlənir. ABŞ-da baş verən itaətsizlik və kütləvi etiraz aksiyaları də ayrıca müzakirə mövzusudur. “Siyasi vurnuxma" altarına millətlərin sağlamlığlı çıxarılıb. Avropaya gəlincə, Almaniyada, İspaniyada və İtaliyada vəziyyət normallaşır. Fransada isə vəziyyət o qədər də sabit deyil. Buna görə də, koronavirusun Şimal yarımkürəsində şiddətli olduğunu söyləmək doğru olmaz.

- Ancaq Azərbaycan günəş istisi ilə zəngindir...

- ...Siz yaxşı başa düşürsünüz ki, yalnız günəş istisi yetərli deyil. Bəli, ultrabənövşəyi şüalar virusla mübarizə aparmağa kömək edir. Ancaq qaydalara da əməl etmək lazımdır. Birincisi, gigiyena və fərdi qoruyucu vasitələrdən istifadədir. İkincisi, sosial məsafədir. Rusiyada olduğu kimi, Azərbaycanda da bu, problemli məsələdir. Sağlamlığın qorunması mədəniyyəti olmalıdır. Hüzr məclislərinə, ad günlərinə gedirlər, elə deyilmi? Skandinaviyalılar nə etdilər? Xalqlarının sağlamlıqlarını qorumaq mədəniyyətinə inandıqlarını söylədilər. Nə Rusiya, nə də Azərbaycan bununla öyünə bilməz. Xəstələrin 40 faizi yoluxmuş olmasından xəbərsizdir. Lakin başqalarını yoluxdururlar. Bir tərəfdən, bu, kollektiv immunitet yaradır. Digər tərəfdən, virus ilk növbədə yaşlı insanları ciddi təhlükə qarşısında qoyur, baxmayaraq ki, o, gənclərə də rəhm etmir. Əminəm ki, Azərbaycanda yaşlılara hörmət qorunub saxlanılıb. Bunun mənası nədir? Onlara qayğı göstərmək, qorumaq lazımdır. Bir gənc imtinalara məhəl qoymur və sonra yaşlı şəxsin də yaşadığı evə gəlir... Onu yoluxdursa, nə olacaq? Azı bir yaşlı insanı ağır xəstələndirəcək.

Bir daha təkrar edirəm, bəli, ultrabənövşəyi şüa qəbulu çox faydalı təsir göstərir. Ancaq bu, kifayət deyil. Gündüzlər qısalmağa doğru gedir. Payızın gəldiyini unutmayın. Yumruğumuzu masaya vurmalı və əvvəlcədən sərt tədbirlər görməliyik.
Digər xəbərlər: