Sosial
12:40, 27 iyun 2020
52
0

Tərtərdə su təsərrüfatı təkmilləşdirilir - VİDEO

Tərtərdə su təsərrüfatı təkmilləşdirilir - VİDEO
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Yeni suvarma kanalları çəkilir, hidrotexniki qurğular təmir edilir.

Tərtər rayonu üzrə 29 133 hektar suvarılan əkin sahəsi var. Rayonun Suvarma Sistemləri İdarəsinin balansında kənd təsərrüfatı bitkilərinin suvarılmasına xidmət edən 626 km təsərrüfatlararası və təsərrüfatdaxili torpaq məcralı kanallar xidmət göstərir.

Təsərrüfatlara suyun itkisiz çatdırılması üçün kanallar xüsusi mexanizmlərlə lildən və kol-kosdan təmizlənir. Bundan başqa, su itkisinin qarşısını almaq məqsədilə torpaq kanallara beton üzlük çəkilir.

Bu il ərzində Mollalar su kanalının 1 200 metrinə beton üzlük çəkilib. Ümumilikdə isə həmin kanalın 5 200 metri beton üzlüklə örtülüb. Hazırda həmin işlər davam etdirilir.

Qeyd edək ki, rayon üzrə 2 981 hektar sahədə pambıq əkilib. 2 571 hektar arat olunub, 500 hektardan çox sahəyə bitki suyu verilib. Ümumilikdə, bütün təsərrüfatlarda suvarılma sistemləri üzrə işlər yaxşılaşdırılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Digər xəbərlər: