Cəmiyyət
10:23, 25 iyun 2020
45
0

Karantin postlarındakı yeniliklə bağlı RƏSMİ AÇIQLAMA — VİDEO

Karantin postlarındakı yeniliklə bağlı RƏSMİ AÇIQLAMA — VİDEO
Yol polisi karantin postlarında vətəndaşları xüsusi texnika vasitəsilə yoxlayır.

Regiitv.az xəbər verir ki, bu barədə Asan radioya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, yeni planşetlər vətəndaşın şəxsiyyət vəsiqəsini tez bir zamanda oxuyur və portalda icazəsinin olub-olmadığını müəyyən edir. "Bunun üçün sadəcə 3-5 saniyə vaxt tələb olunur. Yeni texnologiya vətəndaşların postlarda daha tez yoxlanılması üçün effektiv nəticədir. Eyni zamanda, polislər vətəndaşın sənədinə əllə toxunmadan yoxlama apara bilirlər."

Vaqif Əsədov onu da bildirib ki, köhnə şəxsiyyət vəsiqələrində üz, yeni vəsiqələrdə isə arxa tərəfi göstərməklə planşet məlumatları oxuya bilir. "Bu həm də əlavə vaxt itkisinin qarşısını alır. Sürücülərdən xahiş edirik ki, posta yaxınlaşan zaman müvafiq sənədləri hazır saxlasınlar ki, əlavə vaxt itkisinə səbəb olmasın". (Avtosfer.az)
Digər xəbərlər: