Siyasət
16:30, 22 iyun 2020
48
0

Prezident Bakıda keçidin açılışında - FOTO

Prezident Bakıda keçidin açılışında - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Bakının Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Qeyd edək ki, müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.5 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir. Konstruksiyası metal, bəzək materialı alüminium kompozit panel və şüşə örtükdən ibarət olan yerüstü piyada keçidində fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.

Prezident Bakıda keçidin açılışında - FOTO
Prezident Bakıda keçidin açılışında - FOTO
Prezident Bakıda keçidin açılışında - FOTO
Prezident Bakıda keçidin açılışında - FOTO
Prezident Bakıda keçidin açılışında - FOTO
Digər xəbərlər: