Gündəm
22:39, 19 iyun 2020
83
0

Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumların — SİYAHISI

Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumların — SİYAHISI
Sərtləşdirilmiş xüsusi karantin rejimində xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilən qurumların adları açıqlanıb.

Anews.az-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" imzaladığı qərarda bildirilib.

Sərtləşdirilmiş xüsusi karantin rejimində xidməti vəsiqələri əsasında hərəkət etmələrinə yol verilən qurumlar aşağıdakılardır:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin əməkdaşları;

2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və Aparatının əməkdaşları;

3. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;

4. Dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və onların müavinləri;

5. Hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları, vəkillər;

6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında).
Digər xəbərlər: