Dünya
Bu ölkənin prezidenti koronavirusa yoluxdu
Honduras Prezidenti Xuan Orlando Ernandes və həyat yoldaşı koronavirusa yoluxub.
Məlumata görə dövlət başçısı bu barədə NSN telekanalında çıxışı zamanı deyib.
"Ölkə prezidenti və məsuliyyətli vətəndaş olaraq bildirmək istəyirəm ki, həftəsonu özümü yaxşı hiss etmirdim. Bu gün isə COVID-19 virusuna yoluxduğumu bildirdilər”, - deyə O.Ernandes bildirib.
Prezident əlavə edib ki, o, vəzifələrini kənardan icra edəcək və həyat yoldaşı ilə təcrid rejiminə keçəcəklər.