Dünya
22:17, 16 iyun 2020
47
0

Atambayevə 15 il həbs istənildi

Atambayevə 15 il həbs istənildi
Məhkəmədən Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin 15 il müddətinə həbs edilməsi xahiş edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Bişkekin Pervomay Rayon Məhkəməsinin dəftərxanasından bildirilib.

“Prokurorlar bu cinayət işi çərçivəsində məhkəməyə Atambayevi 15 il müddətinə azadlıqdan məhrum etməyi təklif ediblər”, - məhkəmənin dəftərxanasından məlumat veriblər.

Qeyd edək ki, Atambayev ötən ilin 8 avqustunda Koy-Taş kəndindəki igamətgahında güc strukturları və onun tərəfdarları arasında toqquşmaların baş verdiyi xüsusi əməliyyatdan sonra saxlanılmışdı. Hazırda Atambey həbsdədir. 2019-cu ilin dekabrında Atambayevi Dövlət Təhlükəsizliyi Xidmətinin “Alfa” xüsusi bölməsinin əməkdaşının öldürülməsində ittiham etmişdilər.
Digər xəbərlər: