Təhsil
23:01, 13 iyun 2020
90
0

Tələbələrə ŞAD XƏBƏR

Tələbələrə ŞAD XƏBƏR
Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 2019-cu il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb.

Təhsil Nazirliyindən Anews.az-a verilən məlumata görə, 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulub.

Ölkə başçısının ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara müvafiq olaraq 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdü 2019-cu il martın 1-dən orta hesabla 20 faiz, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 30 faiz artırılıb.
Digər xəbərlər: