Siyasət
12:01, 11 iyun 2020
39
0

Müdafiə Nazirliyindən cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT

Müdafiə Nazirliyindən cəbhədə baş verənlərlə bağlı RƏSMİ MƏLUMAT
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Bu barədə Anews.az-a Azərbycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Novruzlu kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub
Digər xəbərlər: