Mədəniyyət
“Toppuş bacı”nın səhhəti ağırlaşdı
Xərçəngdən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın səhhəti pisləşib.
Xəstəxana palatasından fotosunu payalaşan aktrisa bu barədə özü məlumat verib.
O bildirib ki, xəstəlik yenidən şiddətlənib: "Yenə əvvələ qayıtdıq. Yenə bu sevimli, məndən əl çəkməyən 419-cu palata”.
Qeyd edək ki, "Toppuş bacı” ləqəbli aktrisa uzun müddətdir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Hazırda isə sənətçinin böyrək damarlarına yayılıb.