Dünya
Gürcüstan silah istehsal edəcək
Gürcüstan NATO standartlarına uyğun olaraq hərbi təyyarə, qumbaraatan, qumbara və raket istehsal etmək imkanlarını nəzərdən keçirir.
"Sputnik Gürcüstan” bu barədə ölkənin Müdafiə naziri İrakli Qaribaşvilinin açıqlamasına istinadla xəbər yayıb.
"Su-25 döyüş təyyarələrini təmir etmək, yenidən qurmaq, istehsal etmək və satmaq üçün bütün texniki, intellektual və insan resurslarımız var”, - deyə nazir qeyd edib.
O qeyd edib ki, dünyada bir çox münaqişələr mövcuddur və ölkələr bu təyyarələrə böyük maraq göstərir:
"Ölkəmiz bu imkandan müdafiə məqsədi ilə də istifadə edə bilər. Bu, eyni zamanda kommersiya layihəsi ola bilər. Mənim əmrimlə NATO standartlarına uyğun qumbaraatan, qumbara və raket istehsalı məsələsində artıq işlərə başlanılıb”.
Daha çox xəbər:
NATO müharibəyə hazırlaşır – Rusiya SQ-nin Baş Qərargah rəisi
Hərbi məhsullarımız Türkiyədə nümayiş olunacaq
Azərbaycanın yeni lazer güdümlü bombası budur -İstənilən obyekti məhv etmək olacaq
Müdafiə Nazirliyi: Silah gücü düşmənlə danışılacaq yeganə dildir
Babasından öyrəndiyi üsulla elə bir şey istehsal etdi ki.../ FOTOLAR