Siyasət
Elxan Usubovdan "vəfa borcu"... - İDDİA
Şəki Şəhər Icra Hakimiyyətinə yeni inzibati bina tikintisi üçün müqavilə bağlanıb.
Tenderin məbləği 3 milyon 625 min manat, qalibi isə "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-dir.
Şəki Şəhər Icra Hakimiyyətinin başçısı Elxan Usubovun əvvəllər "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-də baş mühəndis vəzifəsində çalışdığı deyilir.
E. Usubov 2007-ci ilin dekabrından 2011-ci ilin may ayının 23-dək Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
2011-ci il may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. //arqument.az//
Daha çox xəbər: