Cəmiyyət
12:12, 01 iyun 2020
53
0

"Azəriqaz"-da nələr baş verir? - İTTİHAM

"Azəriqaz"-da nələr baş verir? - İTTİHAM
Ötən il Prezident İlham Əliyevın “Azəriqaz” İstehsalat Birliyinin direktoruna tutduğu iradlara baxmayaraq, köhnə şakərindən əl çəkməyən Əkbər Hacıyev ARDNŞ rəhbərliyi tərəfindən nəhəyət başqa işə keçirildi. Uzun müddətdir bu sahəyə rəhbərlik etmiş Əkbər Hacıyevin başqa bir işə keçirilməsi artıq müzakirə mövzusu deyil. Onun yarıtmaz fəaliyyətinə ən birinci səbəb başına topladığı,mütəxəssis olmayan qohum-əqrəbası və həmyerlilərınin əhali arasında yaratdığı narazılıqlar oldu. Əkbər Hacıyevin “Azəriqaz” İstehsalat Birliyində apardığı struktur dəyişklikləri də uğursuz və dövlət vəsaitlərinin talanmasına yönəlmiş bir addım olduğunu göstərdi.Yarıtmaz fəaliyyətin ikinci səbəbi də məhz bu məsələdir.

Məlum olduğu kimi 2015-ci ildə birliyin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilatlar kimi fəaliyyət göstərən Abşeron, Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal qaz istismarı sahələri yenidən təşkil edilərək, onların bazasında hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qaz İstismarı Departamenti və Bakı Regional Qazın Satışı Departamenti yaradıldı. Digər,üçüncü bir departament isə Qaz Ölçü Qurğularına Xidmət Departamenti adlanır. Yaradılmış bu departamentlərin bu gün birliyin işinə nə kimi təkan verdi, nə kimi yeniliklər gətirdi? Bunu iqtisadçılar,mütəxəssislər araşdırsalar daha yaxşı olardı.Qayıdaq Əkbər Hacıyevin yarıtmaz kadrlarına.

Əkbər Hacıyevin Satış və İstismar üzrə müavini vəzifəsində çalışmış Ruslan Əliyevın birliyə direktor təyin edilməsi nəyi dəyişdi? “Azəriqaz” İstehsalat Birliyinin istər bölgələrdəki,istərsə də Bakıdakı idarələrindən vətəndaşların narazılıqları qurtarmaq bilmir.Xüsusən də rayon yerlərində qaz sayğaclarına qanunsuz müdaxilələr, abonentlərə yüksək məbləğlərdə borcların yazılması kimi halların qarşısı nəinki alınır,əksinə artmaqdadır.Elə buna görə də Ruslan Əliyevin əvvəlki direktorun yarıtmaz kadrları ilə hər hansı bir irəliləyiş edə biləcəyi artıq sual altındadır.Bəs özünün də ali təhsilində şübhəli məqamlar olan əvvəlki direktorun “Azəriqaz”-da işə cəlb etdiyi yarıtmaz,qeyri-peşəkar və rüşvət üstündə həbs olunmuş kadrları kimlərdir?

Aktualinfo.org bir müddət əvvəl Abşeron rayonu ərazizisində vətəndaşlara kütləvi şəkildə yüksək məbləğlərdə borcların yazılması ilə bağlı və bu qanunsuz əməllərə şərait yaradan “Azəriqaz” İB-nin Bakı Regional Qaz Satış Depertamentinin rəsi Zehin Rəsulovun qaranlıq keçmişi ilə bağlı geniş məqalə yayamışdı.Vaxtı ilə hərbi hissələrin birində yanacaq-sürtkü materallarının təchizatı anbarında işləmiş,hərbi hissənin tonlarla yanacağını satdığına görə barəsində cinayət işi açılmış birisinin “Azəriqaz” İB-də məsul vəzifəyə gətirilməsində Əkbər Hacıyevin rolunun olması istisna deyil. Eləcə də digər vaxtı ilə rüşvət üstündə işlərindən qovulmuşların,barələrində cinayət işi açılmışların “Azəriqaz” İB-də işə götürülməsində keçmiş direktorun çox böyük rolu olub.

Onlardan biri də vaxtı ilə,İqtisadi İnkişaf Nazirliyinə Heydər Babayevin rəhbərlik etdiyi dönəmlərdə Antiinhisar Xidməti Departamentinin işçisi olmuş İlham Şahmirzəyevdir.Sözügedən qurumda rəqabətin pozulması sektorunun müdiri işləmiş İlham Şahmirzəyev iş yoldaşları ilə birgə 2008-ci ildə Novxanı qəsəbəsində yerləşən “Diana”istirahət mərkəzinin sahibindən 2 min manat rüşvət almaq üstündə həbs edilmişdilər.Bəs necə oldu ki,rüşvət üstündə yaxalanmış,barəsində cinayət işi açılmış birisi “Azəriqaz” İstehsalat Birliyində yüksək vəzifəyə gətirildi?Bunu təbii ki, keçmiş direktor Əkbər Hacıyev yaxşı bilər. Əkbər Hacıyev daha sonra bu rüşvətxoru Salyan Regional Qaz İstismarı İdarəsinə rəis təyin edir.Regional Qaz İstismarı İdarəsinin əhatə etdiyi rayonlarda isə istehlakçılardan pul alıb qaz sayğaclarına müdaxilə edilməsi hallarından çoxsaylı məlumatlar hətta mətbuat səhifələrinə ayaq açmışdı.Bütün bunlara baxmayaraq o vəzifə pillələrində yüksəlişini davam etdirməkdədir. Hazırda İlham Şahmirzəyev Bakı Regional Qaz Satış Depertamentinin Suraxanı rayon şöbəsinin müdiridir.Digər dövlət malını talamış Zehin Rəsulovun əlaltısı, müavinidir.

İndi kim zəmanət verə bilər ki, Zehin Rəsulov dövlət vəsaitini yenə talamır, İlham Şahmirzəyev isə vətəndaşlardan müxtəlif bəhanələrlə yenə rüşvət almır? Suraxanı rayonu ərazisində iaşə obyektlərinin,istilikxanaların çoxluğu burada pul qazanmaq üçün ona geniş imkanlar açmırmı? Məlumatlara görə İlham Şahmirzəyev vəzifə səlahiyyətlərindən istifadə edərək aldığı rüşvətlər hesabına özünə geniş şəraitlər də yaradıb. Söylənilənlərə görə onun rayonların birində böyük fermer təsərrüfatı,Bakı şəhərində isə mağzaları,evləri var.Haradandır bu kimi imkanlar İlham Şahmirzəyevdə? “Azəriqaz”da illərlə aylıq maaşa çalışanlarda bu imkanlar niyə yoxdur?Bizi izləyin.
Aktualinfo.org
Digər xəbərlər: