Siyasət
14:14, 20 may 2020
52
0

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT YAYDI

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı MƏLUMAT YAYDI
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində ağır pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub.

Bu barədə Anews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Azərbaycan Ordusunun mövqeləri Xocavənd rayonunun işğal altındakı Kuropatkino, Fizuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam və Xocavənd bölgələrindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşə tutulub.
Digər xəbərlər: