Siyasət
11:06, 18 may 2020
72
0

DGK nədən rəsmi bilgilərə əl gəzdirəsi olub? - İLGİNC

DGK nədən rəsmi bilgilərə əl gəzdirəsi olub? - İLGİNC
GundemXeber.Az saytı sosial şəbəkələrə istinadən maraqlı bir faktı təqdim edib. Saytda gedən materialdan aydın olur ki, sən demə, Dövlət Gömrük Komitəsinin rəsmi saytında bir sıra dəyişikliklər edilib ki, onlardan biri də DGK sədrinin müavinləri haqda informasiyalara edilən REDAKTƏDİR... Redaktəyə uğrayan məqam isə gömrük generallarının doğulduqları yerlə bağlı olan informasiyalardır.

Gömrük Komitəsinin bu dəyişikliyindən sonra GundemXeber.Az saytı köhnə informasiyaları bərpa edərək DGK rəhbərliyində yer alan generallar haqqında itmiş bilgiləri təqdim edib:

▪️Sədr - Mehdiyev Səfər, 1973, Naxçıvan, Babək rayonu Nehrəm kəndi.
▪️Müavin - Abdullayev Əsgər, 1963, Naxçıvan, Babək, Nehrəm.
▪️Müavin - Həsənəliyev Rza, 1961, Naxçıvan, Ordubad.
▪️Müavin - Hüseynov İsmayil, 1974, Naxçıvan şəhəri
Digər struktur rəisləri:
▪️Daxili Təhlükəsizlik İdarəsi rəisi - Rəşad Zalov, 1980, Naxçıvan.
▪️İnzibati İdarəetmənin Təşkili idarəsi - Nüsrət Qurbanov, 1963, Naxçıvan.
▪️Xarici Əlaqələr İdarəsi rəisi - Dilavər Fərzəliyev, 1959, Naxçıvan, Şərur.
▪️Hüquqi təminat şöbəsi rəisi - Sənan Muxtarov, 1959, Naxçıvan, Şahbuz.
▪️Mətbuat Xidmətinin rəisi - Natiq Axundov, 1977, Naxçıvan şəhəri.
▪️Katibliyin rəisi - Firudin Məmmədov, 1962, Naxçıvan, Babək.
▪️Avtomobil Nəqliyyat İdarəsi - Cəfərov Simurq, 1964, Ordubad, Tivi kəndi.
▪️İnfrastrukturun İnkişafı İdarəsi - Qasımov Kamil, 1960, Babək, Çeşməbasar".

Qarşı tərəfin də bu məqamla bağlı mövqeyini dinləməyə hazırıq...
Digər xəbərlər: