Siyasət
Baş prokurordan kadr dəyişikliyi
Baş prokurorun əmri ilə baş prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Namiq Məmmədov vəzifəsindən azad edilib və daha kiçik vəzifəyə təyinat alıb.
Bundan sonra Namiq Məmmədov FHN, DTX, DSX-nin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru kimi fəaliyyət göstərəcək.
Əvvəllər Daxili işlər Nazirliyi sistemində çalışan Namiq Məmmədov sabiq baş prokuror Zakir Qaralovun ən yaxın adamlarından biri və sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.