Gündəm
Eks-deputat oğlu 300 min avroluq maşında gəzir – ŞOK FAKTLAR
Tanınmış publisist Firuz Haşımovun gözləri tutulmaq üzrədir. Dövlət müstəqilliyimizə xələl gətirməyə çalışanlara qarşı barışmaz mövqedə olan və öz məqalələri ilə daim müftəxor, harın məmur-deputatları ifşa edən Firuz Haşımov səhhətində yaşanan problemlərdən dolayı artıq mətbuata çox çıxa bilmir. Amma yeni-yeni məqalələr üzərində çalışmaq, öz bildiklərini gələcək nəsillərə miras qoymaq üçün tanınmış ziyalının gözlərinin əməliyyatına ehtiyac var. Bir gözünün tamamilə tutulması, digər gözünün isə olduqca zəif görməsi Firuz Haşımov üçün ciddi problemə çevrilib.
Aldığı təqaüdlə dolanan Firuz Haşımovun gözlərinin əməliyyata ciddi ehtiyacı var. Onun 195 manatlıq təqaüdündən hər ay 100 manat tutulmaqla eks deputat, Ukraynaya səfir təyinatı almış Elmira Axundovanın oğlu Həbib Axundova ödənir. Azərbaycan məhkəmələrində Həbib Axundovun Firuz Haşımova qarşı iddiaları üzrə məhkəmələri izləyənlər yaxşı bilirlər ki, tanınmış publisistin barəsində qərar “zəng hüququ” əsasında verilib. Əgər məhkəmələr bu iş üzrə ədalət prinsiplərini, Azərbaycan Respublikasının müvafiq qanunlarını rəhbər tutub araşdırma aparsaydılar, onda məsələ Dövlət Təhlükəsizliyi Xidmətinin araşdırma predmetinə çevrilməli idi.
Təqdim etdiyimiz siyahı bir ayağı müxalif düşərgədə olan eks-deputat, hazırkı səfir Elmira Axundovanın tam olmayan mal-mülk siyahısıdır və illərdir ki, mətbuatda dövr edir.
“Toyota Prado” minik avtomobili, ili 2015, nömrə nişanı Az 90 HH 111, alış tarixi 28.07.2015.
“AUDI Q 7″ minik avtomobili, ili 2012, nişanı, Az 10 LS 050 30.05.2013.
Bundan əlavə, Elmira Axundovanın adına:
Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi 146/ Kapitanski 146 ünvanında 2 mərtəbəli fərdi yaşayış evi
Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi ev 60 mənzil 57 – 4 otaqlı, 185 kv.m
Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 30/4181 saylı bağ evi.
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 9 saylı ünvanda yerləşən 38 saylı qaraj;
Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində dəyəri bir neçə milyon olan 6 mərtəbəli ofis,
Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsi 15 saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsi,
“Port Baku Residence” yaşayış kompleksində ümumi sahəsi 375 kvadrat metr olan 1109 B saylı mənzil, 228 və 233 saylı dayanacaq yerləri,
Qəbələ şəhəri, S.Ə.Şirvani küçəsi 112 ünvanında mülkiyyətində olan 0.14 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi.
Axundova Cəmil Həsənlini dağ başına çıxarıb təriflədiyi günlərdə, cibində deputat mandatı gəzdirdiyi dövrdə oğlu Həbib Axundov kosmik sürətlə varlanıb. Ana-balanın varlanması adlarının hallandığı çoxmilyonluq dələduzluq olayının baş verdiyi tarixlərdən sonraya təsadüf edir.
Firuz Haşımov da məhz həmin dələduzluq olaylarından, Həbib Axundovun harın həyat tərzindən yazırdı. Məhkəmələr də faktları kənara qoyub tanınmış publisistin haqqına girdilər, onu 195 manatlıq aylıq gəlirinin əhəmiyyətli hissəsini alıb Elmira Axundovaya verilməsi qərarı çıxardılar. 30 milyonluq mal-mülkü deputatlığı dövründə əlində cəmləşdirən Elmira Axundovaya ötürdülər.
İndi isə Firuz Haşımovun gözləri tutulur. Millət yolunda qələmini süngüyə, sinəsini sipərə çevirən Haşımova divan tutmaqdan sanki həzz alırlar.
Onun barəsində yazdığı deputat oğlu Həbib Axundovun maşınlarının qiyməti Qazaxın icra başçısının oğlunun maşının qiymətini üstələyir.
Həbib Axundovun adına olan əmlakların və maşınlaırn siyahısını təqdim edirik:
Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, 3 A ünvanında yerləşən 0.0225 hektar torpaq sahəsi və üzərində 4 mərtəbəli ofis,
“Port Baku Residence” yaşayış kompleksində 509 B saylı mənzil və əlavə olaraq dayanacaq yerləri.
Bunlar isə Həbib Axundovun maşın kolleksiyasıdır:
“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 10 HH 111, alış tarixi 19.05.2014,
“Jeep Wrangler” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 XX 111. Alış tarixi 02.07.2014.
“Porsche Panamera” minik avtomobili, ili 2013, nömrə nişanı Az 90 RR 111, alış tarixi 15.02.2014,
“Porsche Cayenne” minik avtomobili, ili 2012, nömrə nişanı Az 90 CF 900, alış tarixi 03.10.2013.
K-45 adlı ABB 1278 bort nömrəli “Yamaha 242 Limited S” tipli gəzinti kateri – yaxta 1 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Həbib Axundovun adına dövlət qeydiyyatına alınıb. Qiyməti yarım milyon manat.
Bundan başqa, Həbib Axundov bir neçə skuterə də sahibdir.
Və bunlar tam siyahı deyil.
Eks-deputatların da qapısında qara maskalı DTX-çıların olması zərurəti də göz qabağındadır. Firuz Haşımovun gözləri tutulmaq üzrə olsa da, yazdıqlarını görməmək də mümkün deyil. (Criminal.az)