Gündəm
13:15, 09 may 2020
51
0

DİN nümayəndələri veteranlarla görüşdü

DİN nümayəndələri veteranlarla görüşdü
9 May Qələbə Günü ərəfəsində daxili işlər orqanlarında xidmət etmiş Böyük Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib.

İkinci dünya müharibəsində faşizm üzərində Qələbədən 75 il keçir. Qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olub. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana siyasi hakimiyyətə qayıtdıqdan sonra imzaladığı sərəncamla hər il mayın 9-u Qələbə Günü kimi rəsmi dövlət bayramı səviyyəsində qeyd edilməyə, müharibə veteranlarının sosial-məişət şəraitinin, maddi rifahının yaxşılaşdırılmasına başlandı, onların müalicələrinin təşkili istiqamətində əsaslı tədbirlər həyata keçirildi, müvafiq fərman və sərəncamlar imzalandı.

Milli Liderin Böyük Vətən müharibəsi iştirakçılarına, müharibədə həlak olanların ailələrinə göstərdiyi diqqət və qayğı bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mayın 8-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi ilə Nazirliyin nümayəndələri alman faşizmi üzərində möhtəşəm qələbədən sonra həyatlarını daxili işlər orqanlarında xidmətə sərf etmiş bir qrup Böyük Vətən müharibəsi iştirakçısının evində olub, nazir V.Eyvazovun səmimi təbriklərini və bayram hədiyyəsini onlara çatdırıblar.

Veteranlardan Müseyib İlyasov, Mehdi Mehdiyev, Əli Hacıyev, Əlikişi Cümşüdov, Səfər Abdullayev və Əzim İbrahimov göstərdiyi yüksək diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Digər xəbərlər: