Şou
Rəqsanənin müğənni qızı Aysun əməliyyat olundu - VİDEO
Müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun İsmayılova yenidən bıçaq altına uzanıb.
Oxu.Az xəbər verir ki, bu barədə Aysun sosial media hesabında məlumat verib.
İfaçı şəhər xəstəxanalarının birində ayaq damarlarından “Varikoz damar genişlənməsi” əməliyyatı keçirib.
O, əməliyyatdan sonra izləyicilərinə videomüraciət ünvanlayıb: “Keçirdiyim əməliyyat plastik və estetik deyil. Ayaq damarlarının dördüncü dərəcəli xəstəliyindən əməliyyat olunmuşam”.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hazırda xəstəxanada müalicəsini davam etdirən A.İsmayılova özünü yaxşı hiss edir.
Qeyd edək ki, müğənni iki il öncə burnunda rinoplastika əməliyyatı keçirib.
Daha çox xəbər: