Gündəm
10:38, 05 may 2020
32
0

Baş gömrükçüdən bahalı alış-veriş... - İDDİA

Baş gömrükçüdən bahalı alış-veriş... - İDDİA
"Səfər Mehdiyev Dövlət gömrük Komitəsinin əməkdaşlarının sosial problemlərinə yığılan vəsait hesabına özü üçün gülləkeçirməz avtomobil alıb". Bu barədə DİA.AZ-a göndərilən məlumatda deyilir. Xəbəri verən qaynağın sözlərinə görə, baş gömrükçünün yeni qara rəngli "BMW" modelindən olan avtomobili "10 AA 907" dövlət nömrə nişanı ilə hərəkətdədir.

Hər halda, Səfər Mehdiyevin belə bir böhranlı günlərdə bahalı alış-verişdə bulunması, özünə korluq verməməsi, habelə çəkdiyi xərcin öz hesabına ödənilməməsi kifayət qədər diqqətçəkəndir. Mənbə daha sonra dia.az-a göndərdiyi məlumatında bildirir:

"Qara rəngli "BMW 760 Lİ" markalı avtomobilin mühərrikinin gücü 5972 kubdur. Şassisinin №-si isə belədir: WBAYG01080DE59654.

Dövlət Gömrük komitsində rəsmiləşdirmə zamanı Nazirlər Kabinetinin (İdxal-İxrac əməliyyatları üzrə gömrük rüsumunun dərəcələri haqqına 80 nömrəli 12.04.2001 saylı) qərarına əsasən xidmət haqqi tutulur. Həmin vəsait büdcədənkənar inkişaf fonduna Yəni Dövlət Xəzinədarlıq Agentliyinə köçürülür.

“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin hesabına köçürülən vəsaitlərdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər kabinetinin 437 saylı 17.10. 2017 tarixli QƏRAR

Maddə 3 Vəsaitin istifadə qaydaları

1.1. gömrük orqanlarının, Komitənin tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsi;

3.1.2. gömrük işi sahəsində elmi-texniki potensialın artırılması;

3.1.3. elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılması;

3.1.4. beynəlxalq təcrübədə qəbul edilən yeni metod və üsulların öyrənilməsi;

3.1.5. gömrük orqanının vəzifəli şəxslərinə verilən geyim formasının və ərzaq payının pul kompensasiyasının ödənilməsi;

3.1.6. gömrük orqanları əməkdaşlarının əlavə təhsil alması;

3.1.7. daimi yaşayış sahəsinə ehtiyacı olan gömrük orqanlarının vəzifəli şəxslərinin mənzillə təmin edilməsinin maliyyələşdirilməsi;

3.1.8. gömrük orqanlarının vəzifəli şəxslərinin kollektiv və fərdi qaydada mükafatlandırılması.

***

Göründüyü kimi, həmin vəsait ancaq Gömrük orqanlarinin əməkdaşlarının sosial problemlərinin həlli ücün xərclənməlidir. Amma Həmin vəsaitlə Səfər Mehdiyev gülləkeçirməz BMW almağı bacarib. Baş gömrükçü kimdən gizlənir kı gülləkeçirməz BMW-də gəzir?

Cənab Prezident öz çıxışlarında dəfələrlə vruğulayır ki, məmur xalqın qulluqçusudur. Hətta məmurların xidməti avtomobillərinə plyonka pərdə vurulmasını belə qadağan etmişdi. Amma Səfər Mehdiyev işçilərin sosial problemləri üçün yığılan pula özünə yeni gülləkeçirməz BMW alır.

***

Maddə 5.2 Vəsaitdən təyinatı üzrə istifadə edilməməsinə görə Vəzifəli şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinə və İnzibati Xətalar məcəlləsinə görə məsuliyyət daşıyır.

Gömrük Məcəlləsi

Maddə 54. Gömrük orqanlarınin vəzifəli şəxslərinin əməyinin ödənilməsi, maddi məişət təminatı Dövlət və sosial müdafiəsi qanunvericiliklə ödənilir.

Əsasnamə

"Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Umumi müddəalar

Maddə 4. Gömrük orqanlarına Xüsusi geyim forması pulsuz verilir

Maddə 101. Gömrük orqanlarının vəzifəli şəxslərinin sosial-məişət və tibbi təminatı Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının vəsaiti hesabına həyata keçirilir".

***

Novbəti yazımız Səfər Mehdiyevin Gömrük komitəsinində olan qohumlarının maşınları haqqında olacaq... Bizi izləməkdə davam edin...
Digər xəbərlər: