Siyasət
16:46, 30 aprel 2020
52
0

İlham Əliyev Zakir Qaralovla danışdı

İlham Əliyev Zakir Qaralovla danışdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Zakir Qaralovla telefonla danışıb.

Axar.az xəbər verir ki, telefon danışığı zamanı dövlətimizin başçısı Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovun bu vəzifədə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd edib.

Fəaliyyətinə verilən qiymətə görə dərindən minnətdarlıq edən Zakir Qaralov Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin namizədliyini irəli sürüb və Prezidentin təqdimatı artıq Milli Məclisə daxil olaraq, komitə müzakirəsində yekdilliklə dəstəklənib. K.Əliyevin təqdimatı plenar iclasa tövsiyə edilib.
Digər xəbərlər: