Cəmiyyət
Sumqayıtda rəhbər dəyişikliyi olacaqmı? - Əgər vəziyyət belə davam edərsə...
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 16 il birgə çalışdığı dövlət başçısı İlham Əliyev haqqında qələmə aldığı müşahidələrindən mühüm bir məqam var. Mehdiyev qeyd edir ki, İlham Əliyev qətiyyətli olduğu qədər də çox təmkinli, səbrli insandır.
Bəli, cənab Prezident çox təmkinli insandır. Ancaq bu təmkinin və səbrin bir sonu olur, cənab Zakir Fərəcov !
Bunu keçmiş MTN naziri Eldar Mahmudovun, hazırda həbsxanada olan MTN generallarının, digər sabiq nazirlərin, komitə sədrlərinin, hazırda məhkum həyatı yaşayan icra başçılarının timsalında görmək olar.
Bəzi iri məmurlar Prezidentin təmkinli, səbrli olmasına arxayın olub qırmızı xətti keçirlər və sonda haqlı cəzalarını alırlar. Hətta bəzi məmurlar ölkə başçısının güclü əlini öz çiyinlərində hiss edib özlərini az qala prezident hesab edirlər. Amma bir gün cənab Prezident öz mübarək əlini həmin məmurların çiyinlərindən çəkir və…məmurlar sanki vaakuma düşür.
İri məmurların həbs olunma anını xatırtlayın.
Mən bu aqibəti heç bir məmura, o cümlədən sizə arzulamıram, cənab Zakir Fərəcov !
Amma sizlər də insanlara zülm yaşatmayın. Sumqayıtın quruculuğu və abadlığı ilə bağlı iş adamlarının, fəhlələrin, tikinti işçilərinin neçə ildir vermədiyin halal pullarını niyə vermirsən, yoldaş Fərəcov ?
Milyonlarla vəsaiti necə mənimsəyə bilərsən ? İş adamlarına hədə-qorxu gəlməyin, həbs etdirməyin, ailələri gözüyaşlı qoymağın, evlər yıxmağın bir gün sonu olacaq.
Bir gün cənab Prezident mübarək əlini sizin kimi məmurların çiynindən çəkəcək.
Axı, prezident ölkəni və cəmiyyəti hədə-qorxu, həbslərlə yox, bir insanın da burnu qanamadan xilas etmək istəyir. Ona görə də ciddi islahatlara start verib, hər sahədə mühüm qanunların qəbuluna çalışır.
Ölkədəki tikinti xaosuna, bu sahədə məmur özbaşınalığına, rüşvət və korrupsiyaya son qoymaq, eyni zamanda şəhərsalma fəaliyətinə dövlət nəzarətini gücləndirmək üçün Prezident İlham Əliyev cənabları Fərman imzaladı. Bu Fərmana əsasən tikinti sahəsindəki bir çox funksiyalar Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Sonradan əlavə tədbirlər görüldü. Və icra hakimiyyətlərinin tikinti ilə bağlı bir sıra səlahiyyətləri ləğv edildi. Sanki bunların Sumqayıta heç bir dəxli yoxdur. Əgər dəxli olsaydı Sumqayıt şəhər icra hakimiyyətinin memarlı və tikinti şöbəsinin müdiri, Allah qoymasa, şəhərin baş memarı Xudadatov Adil Şirindil oğlu Zakir Fərəcovun adından iş adamlarını aldatmazdı. Guya iş adamlarına olan külli miqdarda, milyonlarla borcu Xudadatov qaytaracaq. O, isə hər dəfə borc sahiblərinə deyir ki, iş adamlarından pul yığım qaytaracam. Axı, baş memar Xudadatov hansı səlahiyyətlə şəhərdəki iş adamlarından, biznesmenlərdən pul yığır ? Görəsən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyi hara baxır ? Ümid edirik ki, yaxın günlərdə Komitə lazımi tədbir görəcək.
Yeri gəlmişkən, Sumqayıtda Dənizkənarı Bulvar və şəhərin əss girişində abadlıq və yenidənqurma işləri həyata keçirən və 8 milyon manat pullarını ala bilməyən iş adamları Prezident Adminstarsiyasında qəbulda olublar. İş adamlarına fevralın 10-dək haqlı tələblərinin yerinə yetiriləcəyi ilə bağlı söz verilib.
Gözləyək, görək, yoldaş Fərəcov bu dəfə hansı addımı atacaq.
Nuh.az
Daha çox xəbər: