Cəmiyyət
Qərarda dəyişiklik: Qadağa 2 ay uzadıldı
Yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) Azərbaycan Respublikasının ərazisindən aparılmasının məhdudlaşdırılmasına dair müddət daha 2 ay uzadılıb.
Anews.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” 14 fevral 2020-ci il tarixli qərarında dəyişiklik edib.
Bu müddət mayın 1-dən iyulun 1-dək uzadılıb.
Daha çox xəbər:
Bu malların ölkədən çıxarılmasına QADAĞA QOYULDU
Bakıda koronavirus həyəcanı: Apteklər bu məhsuldan adama bir dənə satır
Tibbi maskalarla bağlı qərar
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ +VİDEO
Şəkidə icra hakimiyyətinin təşəbbüsü ilə şəhər sakinlərinin tibbi ləvazimatlara olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir