Cəmiyyət
DTX-nın bu gün həbs etdiyi məmur belə saxlanıldı - ANBAAN VİDEO
Xəbər verdiyimiz kimi, İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun qanunsuz hərəkətləri barədə daxil olmuş məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Metbuat.az xəbər veriir ki, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilmiş və müəyyən edilib ki, sonuncu öz yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olub, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12.400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib.
Bundan başqa, o, aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarını mənimsəyib.
Daha çox xəbər:
DTX əməliyyatı ilə saxlanılan vəzifəli şəxs həbs olundu - VİDEO
İsmayıllının yeni başçısı ilə bağlı ilginc iddialar... - Sən demə...
Məktəb direktorunun məhkəməsi başlayıb
DTX-dan icra başçısı ilə bağlı RƏSMİ AÇIQLAMA - "Pulları evində alırmış"
Həbs olunan məmurlara bu maddələrlə ittiham irəli sürüldü - RƏSMİ