Mədəniyyət
13:56, 23 aprel 2020
61
0

Bu gün Anar Məmmədxanovun anım günüdür

Bu gün Anar Məmmədxanovun anım günüdür
Bu gün Bakı Şən və Hazırcavablar klubunun prezidenti, sabiq millət vəkili Anar Məmmədxanovun anım günüdür.
“Ölkə.Az” xəbər verir ki, Anar Məmmədxanov 20 iyul 1970-ci ildə Bakıda anadan olub. 1987-ci ildə Bakı şəhər 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə oranı bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvü olub. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub.
Bitərəf kimi Azərbaycan Respublikası birinci (1995), ikinci (2000) və üçüncü çağırış (2005) Milli Məclisinin deputatı olub.
23 Aprel 2011-ci ildə ürək tutmasından vəfat edib.
Evli idi, 3 övladı yadigar qalıb.
Digər xəbərlər: